Lerikdə narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Lerikdə narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici görüş keçirilib - FOTO
  • Lerik / Sosial

  • Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib.

    Asiya.az xəbər verir ki, çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev bildirib ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir. Şöbə rəisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

    Sonra rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələrinin müzakirə olunan mövzular ətrafında çıxışları dinlənilib, şagirdlərin sualları cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər