Masallıda Xocalı faciəsinin 32-ci ildönümü keçirilib - FOTOLAR

Masallıda Xocalı faciəsinin 32-ci ildönümü keçirilib - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • 26 fevral 2024-cü il tarixdə Masallı şəhər "Qəhrəmanlar parkı"nda Xocalı soyqırımının qurbanları anıldı.

    Asiya.az xəbər verir ki, səhər saatlarından başlayaraq Masallı şəhər "Qəhrəmanlar parkı"nda, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Xocalı faciəsi qurbanları anılmışdır.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri, tələbə və məktəblilər növbə ilə abidə-kompleksi önünə tər gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmiş və həlak olanların ruhuna dualar oxumuşlar.

    Saat 17:00-da rayon ərazisində Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edilmiş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.
















    PAYLAŞ:

    Oxşar xəbərlər