Fərid Calalov Azərbaycan yığmasının baş məşqçisi təyin olundu - DOSYE

Fərid Calalov Azərbaycan yığmasının baş məşqçisi təyin olundu - DOSYE
  • Masallı / İdman / Manşet

  • Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə heyətinin geniş iclası keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.

    Ş.Bağırov iclası açaraq müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib.

    Tədbirdə Fərid Calalovun kişilərdən ibarət milli komandamızın baş məşqçisi təyin olunduğu açıqlanıb. Daha sonra F.Calalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib.

    Qeyd edək ki, Fərid Yasər oğlu Calalov 4 fevral 1987-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, Bədirli məhəlləsində ziyalı ailəsində anadan olub.
    1993-2004-cü illərdə Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı orta məktəbdə təhsil alıb. Məktəb illərində öz istedadı ilə digər şagirdlərdən seçilən Fərid həm dərs əlaçısı, həm saz ifaçısı, həm də idmançı kimi tanınırdı.
    2004-cü ildə Azərbaycan Dövlət İqtisad Unveristetinin “Maliyyə-Kredit” faklutəsinə qəbul olub. Universiteti qiyabi oxuyaraq, 2005-2007-ci illərdə hərbi xidmət keçib. 2010-cu ildə həmin universitetin məzunu olub. 
    İdmana böyük marağı olan Fərid Calalov hələ 11 yaşında olarkən “Kinkboks” və “Taekvondo” idmanı ilə məşğul olur. 13 yaşında isə voleybol idman növü ilə məşğul olmağa başlayır və elə həmin ildə Masallının gənclərdən ibarət yığma komandasının üzvü olur. 
    2000-ci ildə Azərbaycanın gənclərdən ibarət Milli komandasına dəvət alan Fərib Calalov 2004-cü ilə kimi həmin komandanın kapitanı olub. 5 il ardıcıl olaraq gənclərdən ibarət Milli komandanın və Masallı rayonunun gənclərdən ibarət komandasında Azərbaycan çempionu adına layiq görülüb. 
    2002-ci ildə dəvət aldığı Azərbaycanın kişilərdən ibarət Milli yığma komandasının 10 il kapitanı olub. 
    2007-ci ilin may ayında Almaniya Federasiyasının çempionlar liqasının qalibi olmuş “FridrixSafen” kulubu ilə müqavilə bağlayaraq 2007-2008-ci illər voleybol mösümünü bu klubda keçirib. 20 yaşlı Fərid Calalov “FridrixSafen” kimi dünya miqyaslı klubda oynayan yeganə Azərbaycanlı voleybolçudur.
    2008-ci ilin may ayında Quba rayonunda keçirilən Kişilərin Avropa təsnifat mərhələsinin Azərbaycan-Albaniya oyununda zədə alır və karyerasına bu zədə səbəbindən bir müddət ara verdikdən sonra, 2010-2011-ci il voleybol mösümündə Türkiyənin “Sivasspor” voleybol klubunda çıxış edir və Türkiyə çempionatının qalibi adını qazanır. 
    Zədə səbəbindən 2015-ci il I Avropa Oyunlarından sonra 28 yaşında oyunçu kariyerasını başa vurub.
    2015-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən Azərbaycanın kişilərdən ibarət Milli yığma komandasına baş məşqçi təyin edilib. Rəhbərlik etdiyi voleybol komandası 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb.
    2018-2019-cu illərdə Fərid Calalovun baş məşqçisi olduğu Kişilərdən ibarət yığma komanda Avropa təsfinat mərhələsində final turuna kimi yüksəlib. 
    2019-2020-ci ildə baş məşqçi kimi dəvət aldığı “Murov” voleybol klubu sezonu çempionluqla başa vurub.
    Ailəlidir. Iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər