Viləş çayının kənarından avtomat tapıldı - FOTO

Viləş çayının kənarından avtomat tapıldı - FOTO
  • Masallı / Sosial

  • Viləş çayının kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb.

    Asiya.az xəbər verir ki, Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat və 4 ədəd patron aşkarlanaraq götürülüb.

    Fakt üzrə araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər