Masallıda meşəlik ərazidən "Kalaşnikov" avtomatı aşkarlanıb - FOTO

Masallıda meşəlik ərazidən "Kalaşnikov" avtomatı aşkarlanıb - FOTO
  • Masallı / Hadisə

  • Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

    Fakt üzrə araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər