Masallıda çayın kənarından avtomat aşkarlanıb - FOTO

Masallıda çayın kənarından avtomat aşkarlanıb - FOTO
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından  silah tapılması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS-74U" markalı avtomat aşkarlanaraq götürülüb.

    Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    PAYLAŞ:

    Oxşar xəbərlər