Masallı Dövlət Regional Kollecdə Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO

Masallı Dövlət Regional Kollecdə Beynəlxalq Qadınlar Günü qeyd edildi - FOTO
  • ---

  • Masallı Dövlət Regional Kollecdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi. 

    Asiya.az xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Vidadi Nəzərov bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kollecin bütün xanım əməkdaşlarını və qızlarını  təbrik edərək bildirdi ki, Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub. Məhz belə anaların yetişdirdiyi igid övladlar sayəsində biz bu gün bayramlarımızı firavan şəkildə qeyd edirik.

    Daha sonra kollecin direktor müavini Namiq Ağayev çıxış  edərək qadınların  cəmiyyət həyatında fəal təmsil olunurmasından və tarix boyu Azərbaycan qadını öz mübarizliyi ilə seçilərək ictimai-siyasi həyatda fəal iştirak etməsindən danışdı.     
    Daha sonra tələbələrin təqdimatında şeir parşaları təqdim olundu.




    PAYLAŞ:

    Oxşar xəbərlər