Viləşçay SAİİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edildi – FOTO

Viləşçay SAİİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edildi – FOTO
  • Masallı / Sosial

  • Viləşçay Su Anbarı İstismarı İdarəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, tədbir öncəsi Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Viləşçay SAİİ-nin rəisi Rusif Kərimov bayram münasibətilə qadınları təbrik edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun təbrikini idarənin xanım işçilərinə çatdırdı. İdarə rəisi bildirdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. 

    R.Kərimov Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.

    İdarənin HİK sədri Hüseyn Əmirli çıxış edərək Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolundan danışaraq onları təbrik etdi. O, bildir ki, təhsil, səhiyyə, mədəniyyət, aqrar sahələrdə, idarəetmə orqanlarında qadınlar hər zaman yüksək vəzifələrə irəli çəkilirlər.

    Sonda idarədə çalışan xanım işçilərə mükafatlar, bayram hədiyyələri təqdim edildi.




    PAYLAŞ:

    Oxşar xəbərlər