DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a bildirib ki, martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Əlizadə Tural idarə etdiyi "Vaz 2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb, avtomobildə olan sərnişin Əsgərzadə Mehdi isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.