Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
  • Lənkəran / Hadisə

  • Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

    Asiya.az-ın cənub bürosunun verdiyi məlumata görə hadisə köhnə Ələt-Astara magistralının 214-cü km-də Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Qəza nəticəsində Lənkəran rayonunun Mamusta kənd sakini 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb. Lənkəran rayonunun Xanbulan kənd sakini 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Ü.Əzizlinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
    Meyit aidiyyəti üzrə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər