Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - Sürücü xəsarət alıb

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - Sürücü xəsarət alıb
  • Lənkəran / Hadisə

  • Lənkəranda idarə etmədən çıxan avtomobil divara çırpılıb. 

    Asiya.az-ın verdiyi məlumata görə hadisə axşam saatlarında rayonun Biləsər kəndi ərazisində baş verib. Rayonun Gərmətük kənd sakini 1983-cü il təvəllüdlü Həbib Məzahir oğlu İsmayılov idarə etdiyi  VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib. Avtomobil yol kənarındakı divara çırpılıb. Zərbənin təsirindən avtomobil aşıb. Nəticədə sürücü xəsarət alıb. Hadisə yerinə gələn təcili yardım briqadası yaralını Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər