Masallıda DƏHŞƏT - yaşayış evində 50 yaşlı kişi...

Masallıda DƏHŞƏT - yaşayış evində 50 yaşlı kişi...
  • Masallı / Hadisə

  • Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var.

    "Report"un məlumatına görə, yanğın hadisəsi Masallı şəhəri Füzuli küçəsində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb.

    Belə ki, yanğın zamanı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 m² sahədə qarsalanıb.

    Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü Müşfiq Səfərov yanıq xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
    Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər