Masallıda polis əməkdaşları bayram günlərində şəhid ailələrini ziyarət ediblər

Masallıda polis əməkdaşları bayram günlərində şəhid ailələrini ziyarət ediblər
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatlarını onlara təqdim ediblər. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Onların müqəddəs amal uğrunda canlarından keçdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı bir daha vurğulanıb.

    Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər