Cəlilabadda itkin düşən ana və 3 övladı tapıldı

Cəlilabadda itkin düşən ana və 3 övladı tapıldı
  • Cəlilabad / Sosial

  • İtkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

    Qeyd edək ki, Ş.Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər