Biləsuvarda qadının qətli ilə bağlı bəzi TƏFƏRRÜATLAR

Biləsuvarda qadının qətli ilə bağlı bəzi TƏFƏRRÜATLAR
  • Hadisə

  • Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

    Asiya.az Report-a istinadən xəbər verir ki, iki azyaşlı övladı olan ailə kənddə tikdirdikləri yeni evə köçməyə hazırlaşırmış.

    Bu məqsədlə Sevil Əlili Bakıda işləyən həyat yoldaşına zəng edərək onu kəndə çağırıb. Yeni tikilidə baş verən mübahisə zamanı A.Məmiyev həyat yoldaşının üzünə bıçaq zərbəsi endirib, sonra onu təzə evin tavanında asıb.

    Qeyd edək ki, dünən saat 15:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
    Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

    Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq araşdırmaları davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər