Masallıda avtomobil aşıb: Xəsarət alanlar var - FOTO

Masallıda avtomobil aşıb: Xəsarət alanlar var - FOTO
  • Masallı / Hadisə

  • Masallıda avtomobil aşıb, üç nəfər xəsarət alıb.

    "Report”un məlumatına görə, hadisə Alvadı kəndində baş verib.
    Belə ki, "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb və elektrik transformatoruna çırpılıb. Qəza nəticəsində üç nəfər - Cəlilabad rayon sakinləri: 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002-ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
    Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ş.Əliyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər