Lənkəranda traktorla yük maşını toqquşub, ölən var - VİDEO/FOTO

Lənkəranda traktorla yük maşını toqquşub, ölən var - VİDEO/FOTO
  • Lənkəran / Hadisə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Asiya.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək irəlidə hərəkət edən “Belarus” markalı nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına aşıb və yük avtomobilindəki sərnişin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Baş verən yol qəzasında ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




    PAYLAŞ:

    Oxşar xəbərlər