Lənkəranda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Lənkəranda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO
  • Lənkəran / Sosial

  • Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzusunda təhsil müəssisələrinin direktorları, müəllimlər və valideynlərlə maarifləndirici görüş keçirilib. 

    Asiya.az xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov, Lənkəran RİH başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Elman Rzayev və digərləri bildiriblər ki, narkomaniya hazırda bəşəriyyəti ən çox narahat edən problemlərindən biridir. Diqqətə çatdırılıb ki, son illər Respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.


    PAYLAŞ:

    Oxşar xəbərlər