Cəlilabadda yük maşını aşıb - FOTO

Cəlilabadda yük maşını aşıb - FOTO
  • Cəlilabad / Hadisə

  • Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

    APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb.
    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər