Cəlilabadda "Jiquli" yol kənarında dayanan "QAZEL"ə çırpılıb, yaralananlar var

Cəlilabadda "Jiquli" yol kənarında dayanan "QAZEL"ə çırpılıb, yaralananlar var
  • Cəlilabad / Hadisə

  • Cəlilabad iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş  verib.

    Asiya.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Cəlilabad - Astanlı - Cəngan - Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində  qeydə alınıb. Hərəkətdə olan “VAZ - 2107” markalı minik avtomobili yol kənarında dayanan “Qazel” markalı yük avtomobilinə çırpılıb. 
    Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakinləri xəsarət alıb. Xəsarət alanlardan biri 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər