Lerikdə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Lerikdə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO
  • Lerik / Sosial

  • Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Anbu kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib. 

    Asiya.az xəbər verir ki, çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev ümumbəşəri bəla olan narkomaniyanın fəsadlarından, onun insan həyatında buraxdığı acı izlərdən konkret misallardan nümunə gətirməklə bu bəladan qurtulmaq üçün hər kəsin üzərinə mənəvi məsuliyyət düşdüyünü bildirib. Sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verilib. 

    Sonra müzakirə olunan mövzular ətrafında digər çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər