Lənkəranda II Kitab Sərgisi keçiriləcək

Lənkəranda II Kitab Sərgisi keçiriləcək
  • Lənkəran / Mədəniyyət

  • Lənkəran şəhərində keçiriləcək II Kitab Sərgisinin 5 aprel saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

    Asiya.az xəbər verir ki, ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfərə yaxın yazıçı və ziyalılarımızın iştirakı ilə baş tutacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub. Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil olunacaq. Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə tədbir 5-7 aprel tarixlərində hər gün saat 10:00-dan 19:00-dək Heydər Əliyev Mərkəzində baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər