Möhtəşəm kitab sərgisi Lənkərana gəlir

Möhtəşəm kitab sərgisi Lənkərana gəlir
  • Lənkəran / Manşet / Mədəniyyət

  • Lənkəranda məşhurların iştirakı ilə baş tutacaq kitab sərgisi keçiriləcək.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək tədbir 10, 11 və 12 mart tarixlərində baş tutacaq.

    Sərgi möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq. Ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutacaq sərgidə 90%-dək endirimlər tətbiq olunacaq.
    Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.
    11 mart tarixində keçiriləcək master-klasda Elxan Elatlı və Xəzər Süleymanlı qonaq qismində olacaqlar. 12 mart tarixində isə Rövşən Abdullaoğlu oxucularla görüçəcək.
    Tədbir Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək./cenublu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər