Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib
  • Lerik / Sosial

  • Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib.
    Gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb.
    Rayonun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun bildirdiyinə görə, səhər saatlarından görülən işlər nəticəsində yolda hərəkət qismən bərpa olunub:
    "İri qaya parçalarını götürmək üçün əlavə texnikalara ehtiyac var. Ərazidə təhlükəli vəziyyət qalmaqdadır. Bu səbəbdən ərazidə təhlükəsizlik zolağı yaradılıb və polis növbəli xidmət aparır".
    Mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb./report
    PAYLAŞ:

    Oxşar xəbərlər