YYSİB e-Zəfərnamə layihəsinin ikinci tədbirini keçirdi: yeni nəslin qəhrəmannamələri

YYSİB e-Zəfərnamə layihəsinin ikinci tədbirini keçirdi: yeni nəslin qəhrəmannamələri
  • Sosial

  • Bakının Binə qəsəbəsində müvəqqəti olaraq fəaliyyət göstərən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe olan Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün layihə, fəaliyyətlər, sosial şəbəkə səhifəsi, elektron nəşrlərlə bağlı neomaarifçilik tanıtım və təqdimat mərasimi baş tutdu….
    YYSİB ayihə və e-Zəfərnamə e-kitab silsiləsinin silsilə real təqdimat/tanıtım aksiyaları uğurla davam edir.

    Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunmuşdu.
    11 iyun 2024-cü il tarixində, Binə qəsəbəsində II Qarabağ – Vətən müharibəsində qazanılan Zəfər haqqında YYSİB-nin kreativ layihəsi çərçivəsində silsilə tanıtım aksiyaların birincisi – ədəbi-poetik, ictimai-poetik məzmunlu elektron kitablarin tanıtım və təqdimat mərasimi məktəblilərə qəhrəmanların tanıdılması, savaşda iştirak edənlərə həsr olunmuş yeni kitablar haqqında məlumatlandırma sessiyası ilə başladı…

    Məktəbin direktor müavini İlyas Qədimov tədbir açıq elan edərək təşkilatçılara minnətdarlığını bildirib və II Qarabağ – Vətən müharibəsi zamanı qazanılan Zəfər, Böyük Qələbə və ədəbiyyat mövzusunda təşkil olunduğunu bildirərək sözü layihə rəhbəri Aydın Xan Əbilova verdi.
    YYSİB sədri, Prezident təqaüdçüsü, layihə rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov öz çıxışını başda Prezident İlham Əliyev olmaqla bu möhtəşəm qələbəni xalqa yaşadan Milli Orduya, dövlətimizə xalqımıza təşəkkürlərini çatdırdı, donor quruma minnətdarlığını etdi.

    Tanıtım tədbirinin “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunduğunu bildirən layihə rəhbəri Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat məsələlərini xüsusi qabartdı.

    YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdi ki, reallaşdırılan ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edir və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib.
    Hidayət – Ayxan Əbilli,
    YYSİB sədr müavini, YYSİB Analitik-İnformasiya Bölümünün əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər