Lənkəranda 38 yaşlı kişi döyülərək bıçaqlandı

Lənkəranda 38 yaşlı kişi döyülərək bıçaqlandı
  • Hadisə / Lənkəran

  • Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

    Asiya.az-ın məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. 
    Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    Həkimlər ona hər iki çanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.
    Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər