Kreativlik əlilliyə qalib gəlir. Samir İmanov. Sənədli film. AGF və YYSİB-nin kreativ layihəsi

Kreativlik əlilliyə qalib gəlir. Samir İmanov. Sənədli film. AGF və YYSİB-nin kreativ layihəsi
  • Mədəniyyət

  • Kreativlik əlilliyə qalib gəlir. Samir İmanov. Sənədli film. AGF və YYSİB-nin kreativ layihəsi

    Kreativlik əlilliyə qalib gəlir. Samir İmanov
    Sənədli film
    AGF və YYSİB-nin müştərək kreativ layihəsi əsasında
    “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” inklüziv-kreativ layihə
    Sənədli film Azərbaycan Respublikasının Gənclər Fondunun XVII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” adlı ilayihəsi əsasında “OSCAR 1” MMC tərəfindən hazırlanıb.
    AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin inklyüziv-kreativ layihəsi
    Azərbaycan Respublikasının Gənclər Fondunun XVII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Yaradıcı əlil gənclərə diqqət və qayğının artırılması: kreativ neo-maarifləndirici təşəbbüslər” adlı inklüziv-kreativ layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, üç ay müddətində maraqlı fəaliyyət növləri ilə cəmiyyətdə fiziki müəhdüdiyyətli gənc kreativlərin yaradıcılıq uğurlarının təbliğatı, əsərlərinin tanıdılması, həyat hekayəsini və problemlərini ictimailəşdirilməsini nəzərdə tutulub.
    Yaradıcı imkanlara malik kreativ əliil gənclərə dəstəkləmək, həssas qruplarla işləmək, dövlətimizin sosial siyasətini onlara çatdırmaq üçün yeni format və modellər işlənilməsinə ehtiyac duyulur. Fəaliyyətlərlə görülən işlərin təbliğini aparmaq üçün İnternet, virtual TV, KİV, yeni media, sosial şəbəkə və platformalardan yararlanmaq vacibdir. Kreativ gənc əlillərin yaradıcılıq imkanlarının dəstəklənməsi ilə əlaqədar universal format – neo-maarifləndirici model hazırlayıb cəmiyyətə təqdimat edilməsinə hesablanmış layihə fiziki məhdudiyyətlilərə estetik bacarıqların aşılanması, əlil gənclərin kreativ-psixoloji dəstəklənməsi, sosiallaşma və ünsiyyət qabiliyətlərinin artırılması, bacarıqlarının reallaşdırması üçün model işlənilməsi də nəzərdə tutulub.
    Real və virtual fəaliyyətlər həyata keçirməklə əlilliyi olan istedadllı gənc yazar Samir İmanov haqqında qısametrajlı film çəkilməsi, onun əsərlərinin elektron kitab formasında hazırlanması, təqdimat mərasiminin təşkili, yeni media və sosial şəbəkədə “Kreativlik əliliyə qalib gəlir” adlı neo-maarifləndirmə səhifəsinin müxtəlif məlumatlandırma materialları ilə zənginləşdirilməsi, real/onlayn görüşlərin təşkili də görüləcək işlər sırasındadır.
    Aşağıdakı istiqamətlərdə fəaliyyət göstərilməsi nəzərdə tutulur:
    • Fəaliyyətə cəlb olunan mütəxəssis və könüllülərdən ibarət komanda formalaşdırılacaq, planların və uyğun model hazırlanacaq.
    • Kreativ layihənin, eləcə də fəaliyyətlərin KİV və yeni mediada tanıtımına, elektron kitabxana alt-bölümünün hazırlanması və orada müxtəlif səpkili materialların yerləşdirilməsinə nail olunacaq.
    • Yeni nəsil əlil yazıçının yaradıcılıq imkanlarının kreativ neo-maarifləndirmə formasında tanıtımı və təbliği formasında neo-maarifçilik modeli işlənib hazırlanacaq və uyğun dövlət və ictimai qurumlara, eləcə də geniş ictimaiyyətə, alternativ təhsil şəbəkələrinə təcrübə kimi təqdim ediləcək ki, bu metodlardan gənclər və əlillərlə bağlı siyasətin reallaşmasında model kimi yararlansınlar.
    • Kreativ yeni nəsil əlil yazıçının e-kitabının rəqəmsal formatda nəşri, yayımı, tanıtımı, təqdimatı gerçəkləşdioriləcək ki, bu da onların özünəinamı, yaradıcılıq imkanlarının tanıdılması, istedadlarınından kreativ – mədəni biznes məhsulu kimi gələcəkdə maddi rifahlarının yaxşılaşdırılmasına stimul verəcək.
    • Sosial şəbəkə resursunun hazırlanması, sosial şəbəkələrdə geniş neo-maarifçilik işləri aparmaqla gənc kreativ əlillərə motivasiya veriləcək.
    • Yeni nəsil kreativ əlil yazıçı haqqında “Kreativlik əlilliyə qalib gəlir” adlı sənədli video-filmin, eləcə də onun qısa sosial çarxının çəkilməsi ilə geniş vəmiyyətə bu qəbil insanlara qayğı, diqqət və sayğının artırılmasına nail olunacaq.
    • Neo-maarifləndirmə aksiyaları təşkil etməklə, həmçinin, virtual və real tanıtım, yazılı və elektron KİV-də materialların verilməsi üçün paytaxt Bakıda təqdimat mərasimi reallaşdırılacaq.
    • Hesabatların hazırlanacaq və Azərbaycan Gənclər Fondununa təqdim etməklə dövlət orqanlarının məsul əməkdaşlarının diqqətini bu məsələlərə cəlb ediləcək.
    Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İB – www.kitabxana.net, www.Yenimedia.net və YeniMediaTV portallarının birgə tele-layihəsi.
    Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.
    Silsilə verilişlərə buradan baxa bilərsiz:
    www.youtube.com/c/YenimediaTVaz/videos
    Layihə rəhbəri, ssenari və rejissor, YYSİB sədri, yazıçı-kulturoloq:
    Aydın Xan Əbilov
    Operator/ montaj: Emin Abbasov
    Fotoqraf: Rüstəm İsmayılov
    Musiqi tərtibatı/səs: Nihad Əbilli
    Texniki redaktor: Mir Cəmal
    Texniki direktor:: Hidayət Ayxan
    Bakı – YeniMedaiTV – 2023-2024

    PAYLAŞ:

    Oxşar xəbərlər