Cəlilabadda 11 yaşlı uşaq su anbarında batıb

Cəlilabadda 11 yaşlı uşaq su anbarında batıb
  • Sosial / Cəlilabad

  • Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində uşağın ölümü ilə nəticələnən hadisə baş verib. 

    Cəfərxanlı kənd sakini, 11 yaşlı Səməd Mənsurov öz həmyaşıdı ilə çimmək üçün İncəçay su anbarına gedib. O, suya daxil olaraq boğulma təhlükəsi ilə üzləşib. Bunu görən digər yeniyetmə özünü itirib və oradan uzaqlaşıb. Kənd sakinləri batan şəxsi xilas etməyə çalışıblar. Lakin onu suda tapa bilməyiblər.

    Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar. Onların köməyi ilə uşağın meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər