Lənkəranda avtomobil ağaca çırpılıb, bacı-qardaş və digər şəxs xəsarət alıb - FOTO

Lənkəranda avtomobil ağaca çırpılıb, bacı-qardaş və digər şəxs xəsarət alıb - FOTO
  • Hadisə / Lənkəran

  • Lənkəranda yol qəzası olub.
    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə üç nəfər - Lənkəranın Nərimanabad qəsəbə sakinləri 1962-ci il təvəllüdlü Arifə Qafar qızı Rəhimova, onun qardaşı 1960-cı il təvəllüdlü Bəxtiyar Qafar oğlu Abdullayev və 1959-cu il təvəllüdlü Əliyar Rəzzaq oğlu Rəhimov xəsarət alıb. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
    A.Rəhimov reanimasiya şöbəsinə yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər