Ölkədə əhalinin ən çox təbii artımı Cəlilabadda qeydə alınıb

Ölkədə əhalinin ən çox təbii artımı Cəlilabadda qeydə alınıb
  • Cəlilabad / Sosial

  • Cəlilabad rayonunda əhalinin ümumi sayı aprel ayının 1-i vəziyyətinə 217,6 min nəfərə çatıb.

    Rayon Statistika İdarəsindən Asiya.az-a bildirilib ki, cari ilin 3 ayında 728 nəfər uşaq dünyaya gəlib, 256 ölüm halı qeydə alınıb.

    Əhalinin təbii artımı 472 nəfər olub.

    Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 216 nikah və 55 boşanma halı rəsmiləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər