"Report”un Cənub bürosunun məlumatına görə, rayon ərazisinə yarım saat müddətində diametri 2 sm-dən böyük olan dolu yağıb.
Torpaq sürüşməsi isə Lerik-Lənkəran magistralının 37-ci kilometrində - Lerik rayonunun Peştətük kındi ərazidə baş verib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə əsasən, hazırda ərazidə 52 saylı Lerik Yol İstismar İdarəsi MMC-nin ağır texnikaları və canlı qüvvəsi çalışır.
Yolun qismən açıldığı bildirilir. Rayon ərazisində axşama doğru hava şəraitinin daha da pisləşəcəyi bildirilir.