Astarada təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO

Astarada təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı - FOTO
  • Astara / Hadisə

  • Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb. Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb. M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Araşdırmalar aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər