Masallı güləşçisi Avropa ikincisi oldu

Masallı güləşçisi Avropa ikincisi oldu
  • Manşet / İdman / Masallı

  • Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatında Masallı rayonu Ərkivan güləş məktəbinin yetirməsi Əmrah Əmrahov (48 kq) yunan-Roma güləşində ikinci yeri tutub.

    Asiya.az xəbər verir ki, Əmrah Əmrahov (48 kq) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqamdan da güclü olub – 6:0. Əmrah Əmrahov finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub oldu və U-17 Avropa çempionatında gümüş medal qazanıb.

    Asiya.az xatırladır ki, Əmrah Əmrahov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin məşqçi-müəllimi Qismət Əkbərovun tələbəsidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər