Asiya.az xəbər verir ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Viləşçay Su Anbarı İstismarı İdarəsinin və Masallı Sukanal İdarəsinin Masallı Sukanal Sahəsinin kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra tədbir Viləşçay SAİİ-nin inzibati binasında davam edib. Tədbir Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İdarənin rəisi Rusif Kərimov çıxış edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun təbrikini tədbir iştirakçılarına çatdırıb.
Daha sonra meliorasiya və su təsərrüfatı sahəsində uzun illər qüsursuz işlədiklərinə və əmək fəaliyyətində fərqləndiklərinə görə idarənin bir qrup əməkdaşına Fəxri Fərmanla təltif edilib, müxtəlif qiymətli hədiyyələr verilib.