Cəlilabadda polis işçilərinin peşə bayramı günü qeyd olunub - FOTO

Cəlilabadda polis işçilərinin peşə bayramı günü qeyd olunub - FOTO
  • Sosial / Cəlilabad

  • Bu gün Azərbaycan Polisinin yaranmasının 106-cı il dönümü ilə əlaqədar Cəlilabadda polis işçilərinin peşə bayramı günü qeyd olunub.

    Asiya.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteran polis əməkdaşları və polis şöbəsinin şəxsi heyəti iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

    Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən Cəlilabad rayon Polis şöbəsinin rəisi Polad Qarayev polisin keçdiyi şərəfli yoldan danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik edib.

    Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib.
    Sonra çıxış edənlər Azərbaycan Polisinin qazandığı uğurlardan danışıb, təbriklərini çatdırdılar.

    Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olundu.



    PAYLAŞ:

    Oxşar xəbərlər