Masallıdan olan həkim Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib

Masallıdan olan həkim Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib
  • Siyasət / Manşet / Masallı

  • Masallı rayonunun Köhnə Alvadı kəndindən olan Cəmil Rasim oğlu Kamilli Ədliyyə nazirinin müvafiq əmri ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

    Aaiya.az xəbər verir ki, əslən Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyə Respublikasının Hacettepe Universitetinin Tibb fakültəsində tibbi-elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

    Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

    Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə "Leyla Medical Center" MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.
    Yeni təyinat münasibətilə, həmyerlimizi təbril edirik.
    Əkbər Mahmudov,
    Asiya.az 
    PAYLAŞ:

    Oxşar xəbərlər