Lənkəranda minik avtomobili velosipedçini vurub

Lənkəranda minik avtomobili velosipedçini vurub
  • Hadisə / Lənkəran

  • Lənkəranda yol qəzasında velosipedçi xəsarət alıb.

    Asiya.az xəbər verir ki, axşam saatlarında Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub. A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar. Xəstəyə ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin müalicəsi reanimasiya şöbəsində davam edir.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər