Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb
  • Hadisə / Masallı

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb. 

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, R.Ağabalayevdən ümumilikdə 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər