Ərkivanda Avropa ikincisi Əmrah Əmrahovla görüş keçirildi – VİDEO/FOTOLAR

Ərkivanda Avropa ikincisi Əmrah Əmrahovla görüş keçirildi – VİDEO/FOTOLAR
  • Araşdırma / İdman / Masallı

  • Avropa çempionatında Yunan-Roma güləşi üzrə ikinci yeri tutan Əmrah Əmrahovla görüş keçirilib.

    Asiya.az
    xəbər verir ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüş Ərkivan Şəhidlər Parkında baş tutub.

    Görüş öncəsi parkda ucaldılan abidə kompleksi yad edilərək, qarşısına gül dəstələri düzülüb. Sonra Azərbaycan Dövlət himninin sədaları altında şəhidlərin xatirəsi sükutla anılıb. 

    Tədbiri giriş nitqi ilə açan Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov Ərkivan güləş məktəbinin yetirməsi Əmrah Əmrahovun Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatında ikinci yeri tutmasını doğulduğu qəsəbədə böyük sevinc hissi ilə qarşılandığını qeyd edib. 

    Çıxış edən veteran idmançılar, elm-təhsil işçiləri, qəsəbə ziyalıları gənc güləşçini təbrik edərək ona yeni-yeni uğurlar arzulayıblar.  

    Daha sonra tədbir “Grand” kafesində çay süfrəsi arxasında səmimi söhbətlə davam edib.

    Qeyd edək ki, Əmrah Əmrahov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin yetirməsidir. Onun məşqçi-müəllimi Qismət Əkbərovdur.
    Cəfər Cəfərov,
    Elsevər Əliyev, 
    Asiya.az 

     


































    PAYLAŞ:

    Oxşar xəbərlər