Tarixçi alim deputatlığa namizəd oldu

Tarixçi alim deputatlığa namizəd oldu
  • Siyasət / Astara / Lerik

  • Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vasif Qafarov sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb. 

    Asiya.az xəbər verir ki, bu barədə o özü bildirib. 
    Tarixçi qeyd edib ki, namizədliyini 80 saylı Lerik-Astara seçki dairəsindən irəli sürüb. 
    "Lerik ziyalılarının təşəbbüsünü və seçicilərin müraciətini nəzərə alaraq, 1 sentyabr 2024-cü il tarixinə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Vətənə, millətə, dövlətə xeyirli olsun", - V.Qafarov əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər