İşlədiyi yerdən oğurladığı pulu mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb

İşlədiyi yerdən oğurladığı pulu mobil oyunlara xərcləyən Cəlilabad sakini saxlanılıb
  • Hadisə / Cəlilabad

  • Cəlilabadda oğurluq əməlini törədən şəxs saxlanılıb.

    Asiya.az xəbər verir ki, Cəlilbad rayonu ərazisində yerləşən marketlərdən birinin seyfindən 4500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli  bilinən 26 yaşlı T.Həmidov saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs işlədiyi mağazanın seyfindən oğurladığı pulları onlayn mobil oyunlara xərcləyib.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər