Lənkəranda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Lənkəranda avtomobillər toqquşdu - Xəsarət alanlar var
  • Hadisə / Lənkəran

  • Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.

    Asiya.az-ın verdiyi məlumata görə Lənkəran rayonunun Şıxakəran kənd sakini 1990-cı il təvəllüdlü Asif Hüseynov idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə Lənkəran rayonunun Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Fətəli Ömərovun idarə etdiyi etdiyi "QAZ-3110" markalı minik avtomobili ilə toqquşub. Qəzada hər iki sürücü və "QAZ-3110" markalı avtomobildə sərnişin qismində olan Şağlaküçə kənd sakini 1968-ci il təvəllüdlü Şölə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda xəsarət alanların müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir.





    PAYLAŞ:

    Oxşar xəbərlər