Cəlilabadda qaçırılan 16 yaşlı məktəbli qız ailəsinə təhvil verilib

Cəlilabadda qaçırılan 16 yaşlı məktəbli qız ailəsinə təhvil verilib
  • Sosial / Cəlilabad

  • Bu barədə Asiya.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

    Qeyd edilib ki, həmin yeniyetmə artıq valideynlərinə təhvil verilib:

    “Yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək”.
    Xatırladaq ki, ötən gün “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində danışan yeniyetmə qohumu ilə qaçdığını deyib.

    İddialara görə, 12 fevral 2008-ci il təvəllüdlü məktəbli anasının razılığı əsasında qohumu ilə erkən nikaha məcbur edilib. Məlumata görə, toy hazırlıqlarının artıq başladığı bildirilir. Ailəsi məktəblini bir neçə il öncə başqa bir qohumu ilə evləndirməyə cəhd edibmiş. Məktəb direktorunun vaxtında müdaxiləsi nəticəsində o zaman erkən nikahın qarşısı alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər