Asiya.az xəbər verir ki, Masallı Rayon Ərkivan qəsəbəsində şəhidlər abidə kompleksində müəyyən texniki səbəblərdən məşələ qaz xəttinin çəkilməsi mümkün olmamışdır.
Bununla bağlı 31 iyul 2024-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, İcra Hakimiyyəti və Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin birgə təşkilatçılığı ilə Ərkivan qəsəbəsində şəhidlər abidə kompleksində inşa edilmiş məşələ təbii qaz xətti çəkilərək məşəl alovlandırılmışdır.
Qəsəbə sakinləri əhalinin ümumi narahatlığına səbəb olan məsələlərin həllinə xüsusi diqqət göstərdiyinə və şəhidlər abidə kompleksində əbədi məşəlin alovlandırılmasında göstərdiyi köməkliyə görə rayon İcra Hakimiyyətinə və Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinə minnətdarlıqlarını ifadə etmişlər.