Ərkivanda “Şəhidlər parkı” abidə kompleksi təmir edildi - VİDEO/FOTO

Ərkivanda “Şəhidlər parkı” abidə kompleksi təmir edildi - VİDEO/FOTO
  • Masallı / Araşdırma / Sosial

  • Masallı rayonunun Ərkivan qəsəbəsində “Şəhidlər parkı” abidə kompleksi təmir edilib.

    Asiya.az xəbər verir ki, qəsəbənin mərkəzi hissəsində yerləşən abidə kompleksi Birinci və İkinci Qarabağ şəhidləri ilə yanaşı 1941-1945 Böyük Vətən müharibəsində həlak olan ərkivanlıların əziz xatirəsinə ucaldılıb.

    Uzun müddətdir təmirsiz, baxımsız qalan kompleks “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşəbbəsü ilə qəsəbə sakini, gənc iş adamı Amid İbadovun vəsaiti hesabına əsaslı təmir edilib.

    Belə ki, kompleksin əsas hissəsinin daş döşəməsi şilfovka edilmiş, sökülən səkilər suvağla örtülmüş, Lövhələr boyanaraq üzərində olan yazılar daha müasir, keyfiyyətli yazılarla əvəz edilmiş, ərazidə abadlıq-quruculuq işləri görülmüş, ən əsası Vətən Müharibəsində şəhid olan 4 ərkivanlı şəhidin məlumat lövhəli şəkilləri digər şəhidlərin şəkillərinin yanına əlavə edilib. 







    PAYLAŞ:

    Oxşar xəbərlər