Ərkivanda Zəfər günü qeyd edildi – VİDEO/FOTOLAR

Ərkivanda Zəfər günü qeyd edildi – VİDEO/FOTOLAR
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Masallı rayonunun Ərkivan qəsəbəsində Ərkivan Qəsəbə Nümayəndəliyinin və “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər günü qeyd edilib.
    Asiya.az xəbər verir ki, tədbir iştirakçıları yeni təmirdən çıxmış “Ərkivan şəhidlər parkı”nda ucaldılan abidə kompleksini ziyarət edərək, qarşısına gül dəstələri düzüblər. 

    Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Çıxış edən Əməkdar mühəndis Salam Qasımov, Masallı Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları Təşkilatının sədri Məmmədağa Şiriyev, Masallı Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov, Qəsəbə 1 saylı tam orta məktəbin direktoru Mənijə Yəhyayevə, veteran müəllim Məmmədağa Sadıqov, Şəhid ailələrindən Güloğlan Məmmədov, din xadimlərindən Aydın Nurəliyev, Gündüz Abbasov və digərləri xalqımızı Zəfər Günü münasibəti ilə təbrik edərək bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ərkivanlı igidlər də mərdliklə döyüşərək, torpaqlarımızın azad olunmasında şücaət göstəriblər.

    Qəsəbədə fəaliyyət göstərən “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin sədri Cəfər Cəfərov bildirdi ki, xeyriyyəçi iş adamları tərəfindən şəhidlər abidə kompleksi yenidən təmir edilib. Ərkivandan olan 23 şəhidin yaşadığı evlərə və küçələrə onların barelyeflərinin vurulub.





























    PAYLAŞ:

    Oxşar xəbərlər