"Kiberdələduzluq hallarına qarşı diqqətli olun!" - Polis Lənkəranda tədbirlər keçirib.

"Kiberdələduzluq hallarına qarşı diqqətli olun!" - Polis Lənkəranda tədbirlər keçirib.
  • Sosial / Lənkəran

  • Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Lənkəranda əhali arasında maarifləndirmə işi gücləndirilib. 

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən sakinlərin sıx olduğu küçə və prospektlərdə, ticarət və iaşə obyektlərində, bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib. 

    Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar. 

    Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusən təqaüdçülərə kartlarındakı pulu nağdlaşdırmaq məqsədilə tanımadıqları şəxslərdən kömək istəməmək, digər bir şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətləri əməkdaşlarına müraciət etmələri tövsiyə olunub.






    PAYLAŞ:

    Oxşar xəbərlər