DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr asılıb, sakinlərə broşürlər paylanıb.
Vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdırlar.
Polis əməkdaşları kibercinayətkarlıqdan zərər görməmək üçün vətəndaşları diqqətli olmağa çağırıblar və bu halla üzləşdikdə dərhal polisə məlumat vermələrini tövsiyə ediblər.