Mərkəzləşdirilmiş İmtahan Mərkəzinin üzvü Arif Gürşad oğlu 27000 manat pul mənimsədi

Mərkəzləşdirilmiş İmtahan Mərkəzinin üzvü Arif Gürşad oğlu 27000 manat pul mənimsədi
  • Manşet / İqtisadiyyat

  • Azerbaycanxeberleritv.az xəbər verir: Bu gün redaksiyamıza daxil şikayəti sizə təqdim edirik.
    "Salam, sizi narahat eden Qəhrəmanov Qiyas Dilqem oğludur. Sizə Laçın rayon Mişni kənd sakini İbrahimov Arif Gürşad oğlundan şikayətim var. İbrahimov Arif Gürşad oğlu özünü Bakı Mühəndislər və İnşaat Universetinin baş müəllimi dossent tarix elmlər doktoru və Mərkəzləşdirmə imtahan şurasının üzvü kimi təqdim edib. Arif müəllim mən daxil olmaqla mənim 6 nəfər tanışıma toplam 23500 azn pul atıb. 23500 manat pulun cəmi 3500 əlbəəl verilib yerde qalan 20.000 manatı arif müəllimin adına olan hesab kartına vurulub. Vurulan pulun çekləri, atdığı səslər və yazılar fakt sübut kimi durur. Əgər gərək olarsa fakt və sübutları Arif Gürşad oğlu İbrahimovun səslərini sosial şəbəkələrdə səsləndirə bilərik.
    Xahiş edirik bu şikayətimizi işıqlandıraraq səsimizi hüquq mühafizə orqanlarına, Elm və Təhsil Naziri cənab  Emin Əmirullayeva çatdırasınız.
    Həqiqətən sual doğurur ki, Arif Gürşad oğlu İbrahimov Universitetin baş müəllimi adından və vəzifəsindən sui istifadə edərək vətəndaşların haqqına girərək onlara şirin yalanlar söyləyərək insanların haqq və hüquqlarını tapdalayaraq onların zəhmətlə qazandıqları pulları mənimsəmək istəyir. Bu nə qədər doğrudur??
    Bu haqsizlıqlara necə göz yumaq olar."
    Asiya.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
    PAYLAŞ:

    Oxşar xəbərlər