Rafael Hüseynov kafedə 8 gənci başına niyə toplamışdı? – Foto

Rafael Hüseynov kafedə 8 gənci başına niyə toplamışdı? – Foto
  • Araşdırma / Cəmiyyət

  • 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Rafael Hüseynovun gənclərlə görüşü müzakirələrə səbəb olub. 

    Tribunainfo.az-ın verdiyi məlumata görə, restoranlardan birinin banketində baş tutan görüşdən yayılmış foto barədə iddialar səslənib. Sosial media istifadəçilərinin bir hissəsi deputatlığa namizədin həmin kafenin ofisiantları ilə görüşdüyünü qeyd edərək, əslində, hər hansı görüş olmadığını vurğulayıblar. Fotodan da belə təəssürat yaranır ki, Rafael Hüseynov hansısa kafenin kabinetində 8 nəfər ağköynəkli gənci başına toplayıb onlara nəsə danışır. Sosial şəbəkə fəalları hesab edirlər ki, onlar kafenin xidmətçiləri olublar, R. Hüseynov isə şəkil çəkdirib paylaşaraq bunu təbliğat kampaniyasının bir hissəsi kimi təqdim etməyə çalışıb.
    Vaqif



    PAYLAŞ:

    Oxşar xəbərlər